Normal elektrik lampaları təxminən 10%-lik səmərəliliklə işləyirlər, bu zaman enerjinin 90%-i isə istilik olaraq ayrılır. Amma atəş böcəkləri bunun əksinə olaraq 100%-lik məhsuldarlıqla soyuq işıq istehsal edirlər. Atəş böcəklərinin qarın hissəsindəki hüceyrələrdə oksigen və lusiferaz adlı kimyəvi maddə reaksiyaya girir və yaşıl-sarı rəngli işıq istehsal edilir. Atəş böcəklərinin belə uğurlu işıq istehsalı alimlərə nümunə olmuşdur. Atəş böcəyinin istehsal etdiyi işığı təqlid edən fənərlər istehsal edilmişdir.
Saniyədə 330 trilyon əməliyyat həyata keçirən DNT kompüterləri
İnsan hüceyrəsinin nüvəsində yerləşən DNT molekulunda təxminən bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Müqayisə üçün qeyd edək ki, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik "Britanika Ensiklopediyası"nın cəmi 25 min səhifəsi var. Aparılan araşdırmalara görə DNT-dəki bu nəhəng ensiklopediya təxminən 3.1 milyard koddan ibarətdir və gözün rəngindən tutmuş insanın qan qrupuna qədər hər şeyi özündə ehtiva edir. ABŞ, Los Ancels, Cənub Kaliforniya Universitetindən Led Adelmenin apardığı hesablamalara görə 1 qram DNT molekulu, 1 trilyon CD-yə (compact disc) bərabər miqdarda məlumat saxlaya bilir. 1 trilyon CD isə 200 trilyon kitab deməkdir.
Son illərdə kompüter texnologiyası DNT əsaslı bir texnologiyaya doğru meyl edir. Daha kiçik sahədə daha çox məlumat saxlayan yeni nəsil kompüterləri ilk olaraq IBM firması tərəfindən təqdim edilmişdi. Saniyədə 330 trilyon əməliyyat reallaşdıra bilən və ən sürətli PC-dən 100 min qat daha sürətli olan kompüter inkişaf etdirmişdilər: DNT Kompüteri
Bir il əvvəl isə Rehovot, Veizman Elmi Araşdırma İnstitutunda israilli alimlər mikroskopik silikonlar yerinə fermentlərdən ibarət, proqramlaşdırmağa imkan verən molekulyar kompüter təqdim etmişdilər. Bu sistemi daha da inkişaf etdirən qrup, bir addım daha irəli gedərək bir DNT molekulu ilə kompüteri işlətməyi bacardılar. Bu texnologiya xüsusilə dərman sənayesi və biomedikal sahədə yeni ümidlər vəd edir.






