Almaniyanın Bonn və Rur Universtitetlərindən bir qrup elm adamı suitləri üzərində apardıqları tədqiqatda bu canlıların qaranlıq və ya bulanıq sularda ovlarını tutmaq üçün bığlarından istifadə etdiklərini üzə çıxardılar.
Buna əsasən suitləri eşitmə və görmə kimi duyğu orqanlarından istifadə edə bilmədikləri mühitlərdə ovlarını balıqların su içində hərəkət edərkən arxalarında buraxdıqları suyun çalxalanma izlərini təqib edərək tapırlar. Quido Denhardt və dostları tərəfindən həyata keçirilən bu tədqiqat suitlərinin bığlarının 200 metrə qədər məsafədəki ovlarını belə izləməyə imkan verdiyini göstərir.
Suitləri ovlarını tutmaq üçün balıqların üzərkən arxada buraxdıqları izin burulğan formada olması və izin içindəki zərrəciklərin sürətlərinin balıq keçib getdikdən bir neçə dəqiqə sonraya qədər ətrafdakı suyun sürətindən əhəmiyyətli dərəcədə çox olmasından yararlanırlar. Qısası, balıqlar üzərkən arxada olduqca uzun hidrodinamik iz qoyurlar və balıqlarla qidalanan dəniz canlıları da bu izləri təqib edərək onları uzaq məsafələrdən müəyyən edib tuturlar.
Denhardt və yoldaşları suitlərinin bu bacarığını müəyyən etmək üçün Henri və Nik adlı iki erkək suiti və bir miniatür sualtı qayıqdan istifadə etmişlər. Miniatür sualtı qayığın qoyduğu iz 30 sm uzunluğunda balığın qoyduğu izlə təqribən eynidir.
İlk təcrübəni içi bulanıq dəniz suyu ilə dolu hovuzda Henri ilə aparan tədqiqatçılar suitinin başına gözlərini tamamilə örtən corab keçirmişlər, suitinin səs eşitməməsi üçün qulaqlarına qulaqcıq taxıb başını da suyun 40 sm üzərindəki platformaya yerləşdirmişlər. Sualtı qayığın motorları dayandırıldıqdan iki saniyə sonra suitinin başından qulaqcıqlar çıxarılmışdır. Suiti dərhal suya baş vurub əvvəl hovuzun ortasına üzmüş, bığlarını irəliyə doğru yönəltmiş və üzərkən başını yüngülcə sağa-sola yelləməyə başlamışdır. Bu sayədə suiti sualtı qayığın pərvanəsinin qoyduğu izə rast gələn kimi dərhal qayığın getdiyi istiqamətə dönmüş və saniyədə 2 m sürətlə izi təqib etməyə başlamışdır. Aparılan bu təcrübədə gözləri bağlı olan suiti 256 dəfə sualtı qayığı tapmağı bacarmışdır. Ancaq tədqiqatçılar Henrinin burnuna bığlarını örtən corab keçirdikdə suiti heç bir təcrübədə hidrodinamik izi tapa bilməmişdir. Nik adlı digər suiti üzərində aparılan təcrübədə də eyni nəticəyə gəlinmişdir. Bu təcrübələr sözügedən dəniz məməlilərinin bığları sayəsində hidrodinamik məlumatı müəyyən edib təhlil edərək dənizdəki izləri təqib etdiklərini üzə çıxarmışdır.