Ətrafınızdakı insanların hamısı analarının bətnində keçirdikləri ayların nəticəsində bu günkü hallarına gəlmişlər. Hər biri üçün eyni qüsursuz sistem analarının bətnində hazırlanmış, hər biri eyni mərhələləri keçmişlər.
Doğuş son dərəcə böyük möcüzədir. Ana bətnində hazırlanmış xüsusi qorunmuş otağında inkişaf edən körpə bir müddət sonra dünyaya gəlir. Bu möcüzəvi hadisədəki incəlikləri düşünən hər insan əhəmiyyətli nəticələr əldə edəcəkdir. Bu nəticəyə körpənin inkişafına təsir edən amillərdən birini nəzərdən keçirərək gələk:
Plesanta döllənmiş yumurtanın bətn divarına yerləşməsi üçün bədən tərəfindən əmələ gətirilən toxumadır. Körpənin yumşaq qan damarlarını ehtiva edir. Bu damarlar bir ağacın kolları kimidir. Plesanta körpəyə qida daşıyan toxumalarla birləşərək qida, vitamin, minerallar, su və oksigen kimi anadan gələn hər cür maddəni körpəyə daşıyır.
Plesantanın bu vəzifəsi çox vacibdir. Çünki bu toxuma həm körpənin bütün ehtiyaclarını təmin etməli, həm də onu qorumalıdır. Əslində bu vəzifələri yerinə yetirməklə plesanta körpə üçün ağciyər, mədə, bağırsaq, qaraciyər və böyrək kimi orqanların vəzifəsini öz boynuna götürür. Plesantanın bu mübadiləni həyata keçirməsini təmin edən “korion” adlandırılan zərif pərdədir. Bu pərdə ana ilə körpənin qan dövranını bir-birindən ayırır. Bu pərdə sayəsində ananın qanı qətiyyən körpənin damarlarına keçmir. Körpə oksigen və qidanı bu pərdə vasitəsilə qəbul edir.
Körpənin ilk aylarda ehtiyacı olan qidalarla səkkizinci və doqquzuncu aylarda ehtiyacı olan qidalar bir-birindən fərqlənir. Plesanta qidanın qəbul edilməsi zamanı bunu da tarazlaşdırmalıdır. Belə ki, bütün bunları plesanta qüsursuz şəkildə yerinə yetirir. Hər dəfə nəyi nə qədər götürəcəyini çox yaxşı bilir, seçir və diqqətli olur. Bunlar plesantanın xüsusiyyətlərindən bir neçəsidir. Burada bəzi suallar və cəhətlərlə qarşılaşırıq. Əvvəla, sadəcə hüceyrələrdən ibarət bir toxuma olan plesantanın bütün bu hesablamaları necə etdiyi sualına cavab verilməlidir. Bununla bərabər körpənin ehtiyaclarından plesantanın necə xəbərdar olması sualı da cavab gözləyir. Düşünən bir insan bunları plesanta adlanan ət parçasının öz-özünə etməsinin və ya bu xüsusiyyətləri plesantanın təsadüfən qazanmasının mümkün olmadığını dərhal görəcəkdir. Bu halda qarşımıza çıxan həqiqət yenə son dərəcə açıqdır: plesanta toxuması ana bətnindəki uşağın ehtiyaclarını ödəyəcək xüsusiyyətlərə malik şəkildə Allah tərəfindən yaradılmışdır. Doğuş möcüzəsi Allahın yaratma sənətindəki ehtişamın nümayiş etdirdiyi nümunələrdən biridir.
"Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi." (İnfitar surəsi, 6-8)