ÇÖL BİTKİLƏRİNİN QURUMAMAQ ÜÇÜN İSTİFADƏ ETDİKLƏRİ SİSTEM
Çölün quraq mühitinə yaxından baxdığımızda, müxtəlif xüsusiyyətlərə sahib olan bitkilər diqqətimizi çəkir. Bu bitkilər, xüsusi dizaynları və fərqli növləriylə çok çətin şərtlərdə rahat şəkildə yaşaya bilirlər. Onlar bu iqlim şərtləri üçün xüsusi olaraq yaradılmış möcüzələrdir.
Çöl bitkiləri həddindən artıq isti ilə və susuzluqla başa çıxmaq üçün iki yola müraciət edirlər. Birincisi, sahib olduqları quruluşdan istifadə etmək, ikincisi də yuxuda qalmaqdır. Maraqlı strukturları və xüsusi dizaynları sayəsində quraq iqlimlərdən zərər görməyən bu bitkilərdə yarpaq həm gövdə, həm fotosintez orqanı, həm qida və su anbarı, həm də qalın quruluşuyla özünü müdafiə orqanıdır.
Read User's Comments(0)
ELEKTRİK CƏRƏYANLI CANLILAR
19-cu əsrdə kəşf edilən elektrik əslində illərdir ki, təbiətdə var olan enerji qaynağıdır. İnsanın uzun axtarışlar və səylər sayəsində əldə etdiyi bu mühüm nemət, yarandıqları ilk andan bəri Allahın yaratdığı bir çox canlıda var. Allahın üstün elminin təcəllisi olan bu canlılardan biri də istehsal etdikləri elektrik enerjisini sistemli şəkildə özlərini müdafiə etmək və daha bir çox fərqli məqsəd üçün istifadə edən elektrikli İlanbalıqlarıdır.
Elektrikli İlanbalıqları çox xüsusi sinir sistemi sayəsində olduqca qüvvətli elektrik cərəyanı istehsal edirlər. Bunu edərkən elektrik orqanında qorunan disk şəklindəki elektrik hüceyrələriylə eyni zamanda fəaliyyət göstərən və xüsusi nizama sahib sinir sistemlərini istifadə edirlər.
KAİNATIN HESABLANMASI MÜMKÜN OLMAYAN BÖYÜKLÜYÜ
Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.
Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti bildiyimiz kimi günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan günəşin ətrafında dövr edən 9 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
GÖZ YAŞI MÖCÜZƏSİ
-->
-->
Göz yaşı ifraz etməyən göz, çox qısa müddətdə quruyar və kor olar. Göz yaşı, antiseptik xüsusiyyəti ilə gözü mikroblara qarşı qoruyur. Təkamülçülər göz yaşı olmadan bir neçə saat içində quruyan gözün, sözdə təkamül müddəti içində, göz yaşı vəzisi yaranana qədər milyonlarla il necə dözdüyü sualını ağıllarına belə gətirmək istəmirlər. Qaldı ki, gözün vəzifəsini yerinə yetirə bilməsi üçün, bütün orqan və sistemləriylə mövcud olan bir bədən xaricində billur, ağlı qişa, buynuz qişa, damarlı qişa, qüzehli qişa, torlu qişa, göz bəbəyi, göz əzələləri, göz qapaqları kimi toxuma və orqanellərə ehtiyac vardır. Bundan başqa göz və beyin əlaqəsini təmin edən möhtəşəm bir görmə siniri və beyində olan son dərəcə kompleks görmə nahiyəsi olmadan görməyimiz mümkün deyil. Bütün bu sayılanlar təsadüfən heç bir şəkildə meydana gələ bilməyəcək qədər xüsusi və kompleks strukturlara sahibdirlər.
CANLILAR ALƏMİNDƏ GÖRÜLMƏMİŞ BİR ÜSULLA BALALARINI QORUYAN SPLAŞ TETRA BALIQLARI
Canlılar Aləmində Görülməmiş Üsulla Balalarını Qoruyan Splaş Tetra Balıqlarının yumurtalarını qoymaq üçün suyun içindəki yarpağı seçməsinə səbəb nədir?
Erkək splaş tetra balığı niyə üç gün ərzində yarpaq üstündəki yumurtalara 15 dəqiqədə bir quyruğuyla su sıçradır?
Bu balıq növü, Darvinistlərin "instinkt" iddiasını necə etibarsız edir?
Elmin hələ irəliləmədiyi, canlılar üzərində detallı araşdırmaların edilə bilmədiyi zamanlarda, heyvanların insanları heyrətə salan xüsusiyyətləri bilinmirdi. Elm və texnologiyanın inkişafı ilə bu xüsusiyyətlər kəşf edilməyə başladı. Bu dövrdə maraqlı elmi kəşflər edilir. Hətta bu kəşflər elə fövqəladədir ki, bir heyvanın milyonlarla ildir var olan bu xüsusiyyətlərini gördükcə, elm adamları bunların "möcüzə" olduğunu dilə gətirmək vəziyyətində qalırlar.
UÇAN SİNCABLARIN BACARIQLARI
Allah yaratdığı maraqlı xüsusiyyətdəki canlılarla insanlara Özünü tanıdır. İnsanların tanıdıqları canlılar haqqında öyrəndikləri hərtərəfli məlumat heyrətlərini artırır; tanımadıqları canlılar haqqındakı məlumatlar isə zehinlərindəki qəflət pərdəsinin açılmasına kömək edir. Bu xüsusiyyətlər üzərində düşünmək isə hər birindəki qüsursuz yaradılışı görməyə və Allahın sonsuz qüdrətini təqdir etməyə mükəmməl vasitədir.
Uçan sincablar da insanların üzərində düşünmə monotonluğunu, alışqanlıq pərdəsini qaldıracaq xüsusiyyətlərə malik olan milyonlarla canlı növündən biridir. Boyları 45-90 sm arasında dəyişən uçan sincablar Avstraliyada yaşayırlar. Bir ağacdan digərinə planer (motorsuz uçan aparat) kimi uçaraq keçən bu canlıların bütün növləri ağaclarda yaşayır. Bu canlılar qollarının arasındakı uçma pərdəsi vasitəsilə uçurlar.
QARIŞQA OTELLƏRİ
Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat olacağı mühiti hazırlayaraq ehtiyaclarını ödəyirsə, bu birliyin təsadüfən əmələ gəlməsi, əlbəttə, iddia edilə bilməz. Şüuru olmayan canlıların bir-birinə yaxınlıq göstərmələri, bir-birlərinə fayda qazandıracaq şəkildə davranmaları bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar bir Yaradan, yəni Allah tərəfindən bir-birlərinə uyğun şəkildəki xüsusiyyətlərlə yaradılmışlar. Bu cür canlılara ən bariz nümunlərdən biri kimi bitkiləri və qarışqaları göstərmək olar.
Bəzi bitkilərdə bioloji dillə “domatia” adı verilən dərin oyuqlar vardır. Bu oyuqların tək funksiyası qarışqalara sığınacaq verməkdir. Bu bitkilərdə qarışqaların asanlıqla bitkinin içərisinə girib-çıxmalarını təmin edən dəliklər və ya toxumalardan ibarət zərif pərdələr vardır. Bu bölmələrdə də qarışqalar tərəfindən toplanaraq yeyilməsi üçün bitkinin xüsusi olaraq hazırladığı qida vardır. Bu qidaların tək funksiyası da yenə qarışqaları yedirməkdir. Bitkinin özünə fayda verən funksiyası yoxdur.
BƏNNA ARILARIN QABİLİYYƏTLƏRİ
Bənna arılar arı növləri içində yuva qurulmasında göstərdikləri səy ilə diqqət çəkən canlılardır. Yuva qurmaq istəyən dişi arı uyğun yer tapdıqdan sonra əvvəlcə bu yeri təmizləyir. Lakin yuvanı tikməsi üçün əvvəla palçıq mənbəyi tapmalıdır. Əgər dişi arı palçıq tapa bilməsə, bir az narın torpaq tapır və bunu ağız seliyi ilə qarışdıraraq yumşaq palçığa çevirir.
Bənna arı yuva tikilməsinə bir az palçığı çənəsi ilə yerdən qazıyaraq başlayır. Ayaqlarının arasında tutduğu bu palçığı kiçik yumağa çevirir və arabir palçıq əlavə edərək bir növ qəlib düzəldir. Daha sonra dişi arı palçığı alt çənəsi ilə tutaraq yuvaya qayıdır.
CORYANTHES NÖVÜNDƏN OLAN SƏHLƏBÇİÇƏYİNİN TAKTİKASI
Çiçəyin həşərat tələbatlarından xəbərdar olması mümkündür? Bəs bu həşəratı tələyə salmaq üçün plan qurması və buna uyğun olaraq özünü dəyişdirməsi necə, mümkündür? Əlbəttə, bir çiçəyin və ya həşəratın ağlı və iradəsi ilə bu cür taktikalar işlətməsi mümkün deyil. Ancaq təbiətdəki canlılara baxdıqda bu cür bir çox taktikalar işlətdiklərini görürük.
Coryanthes səhləbçiçəkləri maraqlı taktika ilə həşəratları tələyə salaraq çoxalan bitkilərdir. Səhləbçiçəyinin çoxalma sistemi həşəratları özünə çəkərək tozcuqları daşımaq üçün qurulmuşdur. Bu səhləb növünün çiçəkləri topa halda bitir. Hər çiçəyin qarşısında iki qanadabənzər çanaq yarpaq, bu yarpaqların da arxasında kiçik bitki çanaq yerləşir. Çiçəklər açılarkən xüsusi selik bu çanağın dibinə doğru axmağa başlayır. Bir müddət sonra metallik yaşıl rəng alan çiçək bu selik sayəsində arıları cəlb edən gözəl qoxu verməyə başlayır.
HİNDQOZU BİTKİSİNİN TOXUMLARI
Bəzi bitkilərin toxumları su vasitəsilə paylanır. Bu toxumların digərlərindən fərqli xüsusiyyətləri var. Sudan istifadə edərək toxumlarını paylayan bitkilər öz çəkilərini azaldan və səthlərini genişləndirən quruluşa malikdir. Bundan başqa üzən toxumanın bir neçə fərqli forması ola bilir. Hava ilə dolu olan hüceyrələrin içi boş süngərəbənzər formada ola bilir və ya toxumun içinə hava dolaraq hüceyrəarası boşluqları gözdən itirir və bu sayədə toxum üzə bilir. Bundan əlavə, üzən toxumanın hüceyrə divarları suyun içəri girməsinin qarşısını alan formaya malikdir. Bu bitkilərdə bunlardan əlavə bitki ilə bağlı bütün məlumatların saxlandığı embrionu qorumaq üçün də əlavə daxili təbəqə var.
QAR DƏNƏCİKLƏRİNDƏKİ NİZAM
Qar dənəciklərini adi gözlə müşahidə edən şəxs çox fərqli formalara malik olduqlarını görəcəkdir. 1m3 qarda 350 milyon qar dənəciyi olduğu təxmin edilir. Bunların hamısı altıbucaqlı və kristallik quruluşdadır, ancaq hər biri fərqli formadadır. Bu formalar necə ortaya çıxıb, necə oldu ki, hər birinin fərqli formalarının olduğu, simmetriyanın necə təmin edildiyi kimi sualların cavabları elm adamları tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənəciklərindəki ehtişamlı sənəti ortaya çıxarır. Qar dənələrinin altıbucaqlı quruluşlarındakı fərq və qüsursuzluq Allahın Bədi (örnəksiz yaradan) sifətinin təzahürüdür. Allah hər şeyi ən gözəl şəkildə yaradandır. Qar dənələrinin quruluşları tədqiq edildiklə Allahın sonsuz sənətinin fərqli bir tərəfi aşkar olur.
SU VƏ BİTKİLƏR ARASINDAKI AHƏNG
Otlardan hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.
Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.
OKEANLARIN TƏMİN ETDİYİ TARAZLIQLAR
Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdıqda axan içməli su... İnsanlar suyun varlığına o qədər adət ediblər ki, yer üzünün böyük hissəsinin sularla örtülü olmasının əhəmiyyətini bəlkə heç düşünmürlər. Ancaq məlum olan bütün göy cisimlərinin arasında yalnız Yerdə suyun olması, üstəlik bu suların içməli olması son dərəcə mühüm məsələdir.
Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın əsas şərti olan su yoxdur. Lakin Yer səthinin dörddə üç hissəsi sudur. Okeanlar kimi böyük su kütlələrilə bərabər çaylar, kiçik göllər kimi ölçüləri və xüsusiyyətləri bir-birindən fərqli olan sular var. Bütün sular duzlu və ya bütün sular şirin deyil. Yerdə bütün canlıların ehtiyaclarına görə nizamlanmış qüsursuz su tarazlığı var.
GÜNƏŞ SİSTEMİNDƏKİ QÜSURSUZ NİZAM
Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurmağını Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş əslində qıpqırmızı qaz buludlarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlardan ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.
Kaydol:
Kayıtlar (Atom)
.
.
Blogger tarafından desteklenmektedir.