
Delfinlər balıqlar kimi su içində nəfəs alıb verə bilməzlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı olaraq su səthinə çıxırlar. Başlarının üstündə hava alıb vermələrini təmin edən dəlik var. Delfinlərin bədəni elə mükəmməl bir quruluşa malikdir ki, heyvan suya daldığında bu dəlik qapaq tərəfindən avtomatik örtülür və bu sayədə içəri su girmir. Su səthinə çıxdıqda isə qapaq avtomatik açılır.
Heyvanlar içində yalnız delfinlərə özəl olan bu quruluş üstün bir yaradılışın açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də içində olduqları şəraitə ən uyğun bədən strukturlarıyla birlikdə yaratmışdır.
“Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Hal-buki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.” (Bəqərə Surəsi, 116-117)
“Ən Uca Rəbbinin adına təriflər de! O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi; O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi, O (Rəbbin) ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi.” (Əla surəsi, 1-5)