YAŞAYAN MAŞIN: İNSAN

"Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi."(İnfitar Surəsi, 6-7)

İnsan orqanizmi tamamilə ayrı bir "aləm"dir, yaşayan bir "maşın" kimidir.


Bu maşının içərisində ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, Allahın diləməsilə şüur nümayiş etdirən mütəxəssisləşmiş işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur. Orqanizmin daxilindəki sistemlərdə mövcud olan bu nizamı hər cəhətdə sərgilənən üstün dizaynı yaradan aləmlərin Rəbbi Uca Allahdır. Beyin bir kompüterdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini tək başına yerinə yetirir. Bu rəqəm, beyində elektrik alış-verişini edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik, beynin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil. http://www.meqaleler.com/

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

BALTA BALIQLARI VƏ BƏRBƏR BALIĞI

Bərbər balığı adlandırılan kiçik balıqlar xallı balta balıqlarının üzərindəki ölümcül parazitləri təmizləməklə məsuldurlar. Bərbər balıqları təmizləmə əməliyyatı aparakən, balta balıqları onları ürküdəcək kiçik hərəkət belə etməzlər. Sanki qarşılıqlı bir müqavilə bağlamış kimi bərbər balıqlarının işlərini bitirmələrinə icazə verərlər. Beləliklə, heç bir şəkildə əldə edə bilməyəcəkləri təmizliyə sahib olarlar. http://www.meqaleler.com/

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

SƏDAQƏTLİ CANAVARLAR

canavar (qurd)İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv etmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində, canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

FİZİKANIN QANUNLARINI BİLƏN KƏPƏNƏKLƏR

Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanaqdları, zərif uçuşları ilə təbii bir gözəllik olan bu canlılar Allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparır. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən bir temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nələr etdiklərini birlikdə öyrənək.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

KİÇİK MÜHƏNDİSLƏR - QUŞLAR

Ağacların üstündə və ya gövdəsində, bəzən də eyvanınızın bir küncündə qurulan quş yuvalarını yəqin ki, çox görmüsünüz. Bunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur. http://www.canlilardayardimlasma.com/

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

QUŞLAR İNŞAAT BİLİKLƏRINƏ SAHİB OLARAQ DOĞULURLAR

İnşaat insanların həyatını asanlaşdırmaq, sığınacaq tapmaq, istirahət etmək, işləmək, əylənmək kimi fəaliyyətlərini davam etdirə bilmələri üçün sənət və elm olaraq tərif edilə bilər. İnşaat mühəndisi insanın ehtiyaclarına uyğun olan binanı tikərkən ətraf mühitin bütün şərtlərini nəzərə almalı, hazırladığı binanın rahat və gözəl olmasına diqqət yetirməlidir. Ümumiyyətlə, bir adam memarlıq sənətinə yiyələnmək üçün illərlə təhsil almalı və çox bilikli olmalıdır.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

DELFİNLƏR...

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən 15 dəqiqə arayla növbəli istifadə edir. Bir yarım kürə yatarkən, digəri heyvanın səthə çıxaraq nəfəs almasına nəzarət edir. http://www.heyvanlardakidizayn.com/

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

HƏRTƏRƏFLİ MÜTƏXƏSİSSLƏR: KOALALAR

Dünyada yaşayan canlıların çox möcüzəvi xüsusiyyətləri var. Yaradılış möcüzəsi olan bu canlılardan biri də koaladır. Evkalipt ağaclarının yarpaqları ilə qidalanan koala bu ağacda rahat yaşamaq üçün bir-birindən möhtəşəm xüsusiyyətlərə sahibdir. Avstraliyada yaşayan koalaların bədən quruluşu yaşadıqları mühitdə ehtiyaclarını ödəyə bilən qüsursuz xüsusiyyətlərə sahibdir. Məsələn, qol və pəncələri geniş gövdəli evkaliptlərə asanlıqla dırmanmalarını təmin edir. Ön ayaqlarındakı ilk iki barmaqları isə digər üçündən ayrıdır. Öz əlimizlə müqayisə etsək, koalanın iki baş barmağı olduğunu deyə bilərik. http://www.canlilardakamuflyaj.com/

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

.

.
Blogger tarafından desteklenmektedir.