Bir böcək saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır? Öz boyundan yüzlərlə qat yüksəyə necə tullana bilir? Aşağı, yuxarı hərəkət edən qanadlarla irəli və düz necə uça bilir? Rəbbimizin sonsuz elmini gözlər önünə çəkən canlılardan yalnız bir dənəsi olan "milçək" Quranda adı çəkilən canlılardan biridir.
Uca Allah “Həcc” surəsinin 73-cü ayəsində bu mövzu haqqında belə bəhs edir:
"Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!" (“Həcc” surəsi, 73)















